RU

Şəhərin mərkəzində söküləcəyi bildirilən binanın fasadı təmir edilirVİDEO

Dağılmış divarlar, çökmüş döşəmə, sınıq-sökük pilləkənlər...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov 167 ünvanında yerləşən 3 mərtəbəli binadandır.

Sakinlər deyirlər ki, bina istismar müddətini illər əvvəl başa vurub.

Sakinlərin sözlərinə görə, bina qəzalı olduğundan əlaqədar qurum tərəfindən söküləcəyi bildirilsə də, indi təmir edilir. Lakin, onları narahat edən məqam binanın yalnız fasadının təmir edilməsidir.

Sakinlərin şikayəti ilə bağlı əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin Nəsimi rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğundan sorğumuza operativ olaraq cavab verilmədi.

Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşəndən sonra tezliklə problemlərindən çıxış yolu tapılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
30
xezerxeber.az

1Источники