GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ prezidenti Donald Trampın açıqlamaları Amerika rəhbərliyinin müharibə cinayəti törətməyi düşündüyünə dair dəlil hesab edilməlidir.
Globalinfo.az xəbər verir ki, bunu İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.
Qeyd olunub ki, bu vacibdir və bunun sübuta yetirilməsi lazımdır. İran tərəfi hesab edir ki, ABŞ prezidenti müharibə vinayəti törətməyi planlaşdırır.
Xatırladaq ki, İsrail, ABŞ və İran arasındakı münaqişə 28 fevraldan bəri şiddətlənməkdədir. İran dəfələrlə İsrailə, eləcə də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox Yaxın Şərq ölkəsinə hücum edib.
İran hakimiyyəti hücumların Amerika hərbi bazalarını hədəf aldığını iddia edib. Onlar həmçinin Türkiyəyə hücum edildiyini də təkzib ediblər. Yaxın Şərq ölkələri İranın hərəkətlərini tənqid ediblər. Xüsusilə, BƏƏ ölkədəki səfirliyini bağlayıb və səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə cavab zərbələri ilə hədələyib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.