RU

Tarixi diplomatik gediş

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Publika.az xəbər verir ki, Türkiyə mediası səfərlə bağlı xüsusi detala diqqət çəkiblər.

Bildirilib ki, Zelenskinin təhlükəsizliyini təmin etmək və bölgədəki diplomatik hərəkətliliyi sürətləndirmək məqsədilə onun Suriyaya keçidi Türkiyə tərəfinin logistik dəstəyi ilə (Prezident təyyarəsi və ya Türkiyənin təmin etdiyi xüsusi hava dəhlizi vasitəsilə) baş tutub.

Vurğulanıb ki, Zelenskinin Dəməşqə gedərək Suriyanın yeni rəhbərliyi ilə görüşməsi regional geosiyasətdə "tarixi addım" kimi qiymətləndirilir. Türkiyə bu prosesdə əsas vasitəçi və təhlükəsizlik qarantı rolunda çıxış edir.

Son məlumata görə, Zelenski Dəməşqdə Suriyanın yeni lideri Əhməd əl-Şaraa ilə görüşüb. Türkiyə mənbələri yazıb ki, bu səfər Türkiyənin "Suriya-Ukrayna" xəttində qurduğu yeni diplomatik körpünün nəticəsidir.

Избранный
38
publika.az

1Источники