"Neftçi" Misli premyer-liqasının 26-cı turunda “Sumqayıt”ı məğlub etdi - 3:1.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavabladı.
– Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atıldı və 9 uşaq həlak oldu. 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiz.
– BQələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişmişdiz?
– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsüz, komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budu.
– Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dı. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara nə dərəcədə hazırsız?
– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə qarşılaşacağıq. Bu, əladı. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları uğurla başa vurabilsək, yaxşı olacaq.
– Emin Mahmudovun durumu necədi?
– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Kapitanla oyun bir cürdü, kapitansız başqa cür. Meydandakı idarəetmə baxımından onsuz da çətinliklər ola bilir. Emin gün keçdikcə daha da yetkinləşir.
– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiz. Qarşıda onlara qarşı duellər olacaq. Hansısa fərqli plan var?
– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.
– Plan eynidisə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?
– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planı da var.
– Bəzi taktiki dəyişikliklər etmişdiz. Abubakar ehtiyatda olsa da, ilk “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdı?
– Varqas ikinci oyundu ki, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə start heyətində Varqas oynadı və pis də alınmadı.
– “Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiz?
– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandı, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта