RU

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.

Bu barədə APA-ya onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.

O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.

Bundan öncə Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya olunması, 3 il müddətinə ölkəyə giriş qadağası tətbiq olunması barədə qərar qəbul edilib.

Məhkəmə Daxili İşlər Nazirliyinin nümayəndələrinin mövqeyini, həmçinin Sadıqovun 62 dəfə müxtəlif inzibati hüquq pozmaları etdiyini nəzərə alıb.

Избранный
11
12
aznews.az

10Источники