RU

TFF prezidenti: “Montella ilə yolumuza davam edəcəyik”

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə bağlı yekun qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, qurumun prezidenti İbrahim Hacıosmanoğlu italiyalı mütəxəssisin gələcəyi barədə danışarkən onunla əməkdaşlığın davam etdiriləcəyini bildirib.

O, Montella ilə uzunmüddətli müqavilələrinin olduğunu vurğulayıb: "Kosovo ilə oyunda məğlub olsaydıq belə, yenə də onunla davam edəcəkdik. Mən federasiyanın başında olduğum müddətdə baş məşqçimiz odur. Bu milli komandanı o qurub, ailə mühitini o yaradıb. Ümid edirik ki, komandanın başında qalacaq".

Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ildə baş məşqçi təyin olunduğu Türkiyə millisi ilə əvvəlcə Avropa çempionatına, daha sonra isə dünya çempionatına vəsiqə qazanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
sport24.az

3Источники