RU

Bakı kubokunda hədəf dəqiq vurulub FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhərində kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun birinci mərhələsi uğurla başa çatıb. Yarış həm böyüklər, həm də U-15 kateqoriyası üzrə gərgin və peşəkar mübarizə şəraitində keçib.

İdman.Biz xəbər verir ki, U-15 kateqoriyası üzrə qızlar arasında Sona Rüstəmli qızıl, Selcan Məmmədli gümüş, Məryəm İbrahimli isə bürünc medala layiq görülüblər.

Eyni yaş qrupunda oğlanların mübarizəsində Məhəmməd İsmayılov birinci, Əli Məmmədov ikinci, Saleh Məmmədli isə üçüncü yeri tutublar.

Böyüklər arasında keçirilən yarışlarda da rəqabət yüksək səviyyədə olub. Kişilər kateqoriyasında Məhəmmədəli Əliyev bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub, Sərdar Vəliyev gümüş, Zahid Kazımzadə isə bürünc medal qazanıblar.

Qadınların yarışında isə Yaylagül Ramazanova qızıl medal qazanıb, Lalə İsmayılova gümüş, Aliyə Əliyeva isə bürünc mükafatla yarışı tamamlayıblar.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
icma.az

4Источники