RU

Macarıstana gələn qaz kəmərində partlayıcı qurğu aşkarlandı Orban müdafiə şurasını çağırdı

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban Serbiyada Macarıstana Rusiya qazını tədarük edən boru kəmərinin yaxınlığında partlayıcı maddələrin aşkarlanmasından sonra müdafiə şurası çağırıb.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.

Orban yazıb ki, Serbiya hakimiyyəti Serbiya və Macarıstanı birləşdirən vacib qaz infrastrukturu obyektində güclü partlayıcı qurğu və onu partlatmaq üçün vasitə aşkar edib. İstintaq aparılır".

Martın 30-da Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya qazının tədarükü ilə bağlı müqavilənin daha üç ay uzadılması barədə razılığa gəldiyini açıqlayıb.

Rusiya qazı Serbiyaya Türkiyə və Bolqarıstandan keçən "Türk Axını" boru kəməri ilə tədarük olunur. Təchizat müddəti 2025-ci ilin dekabr ayında uzadılıb və müqavilə mart ayının sonuna qədər qüvvədə olub.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
2
olke.az

3Источники