RU

Dağıstanda güclü yağışlar 139 yaşayış məntəqəsini işıqsız qoyub

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dağıstanda güclü yağışlardan sonra 139 yaşayış məntəqəsində elektrik təchizatında qəza baş verib.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb

Qeyd olunur ki, elektrik enerjisinin verilişində kəsintilər 14 bələdiyyə rayonunda qeydə alınıb.

"Rosseti Şimali Qafqaz" filialının - "Daqenergo"nun mətbuat xidməti bildirir ki, elektrik ötürücü xətlərinə ən böyük ziyan dağlıq rayonlarda qeydə alınıb.

Söhbət Kərabudaxkənd, Axtı, Qayakənd, Lak, Akuşa, Gergebil, Qunib, Levaşı, Tabasaran, Qaytaq, Dərbənd, Babayurd, Qasumkənd, Unsuqul rayonlarından, həmçinin Mahaçqaladan gedir.

Bazar günü Mahaçqalada bir sıra küçələr uzun sürən yağış nəticəsində yenidən su altında qalıb. Daha əvvəl Dağıstanda pis hava şəraiti ilə əlaqədar heyvandarlar üçün fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
oxu.az

1Источники