Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.
Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəmnində mübahisə düşüb.
Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırmalar davam edir.