RU

Qasım Süleymaninin qardaşı qızı ilə bağlı ŞOK – Elə görüntüləri yayıldı ki…

Lüks həyat fotoları sonlarını gətirdi

ABŞ-da keçirilən xüsusi əməliyyat nəticəsində İranın öldürülən generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və qızı Sarinasadat Hüseyni saxlanılaraq nəzarətə götürülüb. Tramp administrasiyasının ABŞ əleyhinə olan rejimlərin tərəfdarlarına qarşı başlatdığı genişmiqyaslı viza və oturum əməliyyatı çərçivəsində hər iki şəxsin “Yaşıl kart”ı (Green Card) ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) orqanlarının həyata keçirdiyi bu addım birbaşa həmin şəxslərin İran rejimi ilə sıx əlaqələri və ABŞ-dakı şübhəli fəaliyyətləri ilə əsaslandırılıb. Məlumata görə, 25 yaşlı Sarinasadat Hüseyninin sosial şəbəkələrdə nümayiş etdirdiyi lüks həyat tərzi rəsmi Vaşinqtonun diqqətindən yayınmayıb.

Gənc qızın şəxsi reaktiv təyyarələrdə səyahət etməsi, yaxtalarda istirahət görüntüləri, Mayamidə lüks tətilləri və Las-Veqasda “Formula-1” yarışlarına qatılmasını əks etdirən paylaşımları araşdırmalara rəvac verib. Dövlət Departamenti bu şəxslərin ABŞ-da daimi yaşamaq statusunun ləğv edildiyini və ölkədən çıxarılacaqlarını bəyan edib. Eyni zamanda Həmidə Əfşarın həyat yoldaşının da ABŞ-a girişinə qadağa qoyulub.

Bu əməliyyat sadəcə Süleymani ailəsi ilə məhdudlaşmayıb. Ayın əvvəlində İran Milli Təhlükəsizlik Ali Şurasının öldürülən katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir-Laricani və həyat yoldaşı Seyid Kələntər Motamedinin də hüquqi statusları ləğv edilib.

ABŞ rəsmiləri bildiriblər ki, Amerika xalqının təhlükəsizliyi naminə ölkə əleyhinə çıxış edən rejimlərin dəstəkçilərinin ABŞ-da sığınacaq tapmasına və lüks həyat sürməsinə icazə verilməyəcək. Hazırda saxlanılan şəxslərin deportasiya prosesinə başlanılıb.

Sara,
NOCOMMENT.az

Избранный
30
nocomment.az

1Источники