"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya milli komandasını çalışdırmaq istəyir.
Fanat.Az xəbər verir ki, klubu onun yığmaya keçidinə mane olmayacaq.
Məlumatı "La Gazzetta dello Sport" yayıb. Xəbərə görə, İtaliya Futbol Federasiyası (FIGC) da məşqçinin milli komanda ilə işləmək istəyindən xəbərdardır və ona potensial namizəd gözü ilə baxır.
Xatırladaq ki, İtaliya DÇ-2026-ya vəsiqə qazana bilmədikdən sonra Cennaro Qattuzo milli komandanın baş məşqçisi vəzifəsindən istefa verib.