RU

Paytaxtda sel fəsadları: onlarla insan təxliyə edildi

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri intensiv yağıntılar nəticəsində su basmış ərazilərdə təhlükəsizlik tədbirlərini davam etdirir. Nazirlikdən verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonunda və Bakı–Sumqayıt avtomobil yolunda suyun çəkilməsi və ərazilərdən kənarlaşdırılması istiqamətində işlər aparılır. Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Pis hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması işlərinə Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti, eləcə də FHN-in Bakı Regional Mərkəzi cəlb olunub.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
azvision.az

2Источники