Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilir.
Fanat.Az xəbər verir ki, gənclərin mübarizəsində çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva həm qızıl, həm də gümüş medal qazanıb.
O, top proqramında ikinci olub. Daha sonra isə lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ötən gün Azərbaycanın böyüklərdən ibarət komandası yarışda gümüş medal qazanıb.
15 ölkənin mübarizə apardığı turnirə bu gün yekun vurulacaq. (Azərtac)