RU

Çak Norrisin ailəsindən etiraz

Çak

Mərhum aktyor və döyüş ustası Çak NorrisMərhum aktyor və döyüş ustası Çak Norrisin ailəsi sosial şəbəkələrdə yayılan süni intellektlə hazırlanmış foto və videolarla bağlı müraciət edib.Ulusum.az xəbər verir ki, bu barədə paylaşım aktyorun rəsmi instaqram səhifəsinin hekayə bölməsində yerləşdirilib.Ailə üzvləri bildiriblər ki, aktyorun vəfatından sonra internetdə onun ölüm səbəbi, xəstəliyi və dəfn mərasimi ilə bağlı çoxsaylı saxta məlumatlar yayılıb. Xüsusilə süni intellekt vasitəsilə hazırlanmış videolarda guya məşhur aktyorların – Ceki Çan, Silvester Stallone, Arnold Şvartsnegger, Bryus Uillis və Mel Gibson tabut önündə olduğu iddia edilir.Açıqlamada vurğulanıb ki, bu məlumatların heç biri həqiqəti əks etdirmir:“Xahiş edirik, yalnız ailə və ya rəsmi nümayəndəmiz tərəfindən yayılan məlumatlara etibar edin və digər mənbələrdən gələn xəbərləri paylaşmayın".Qeyd edək ki, Çak Norris 20 mart tarixində 86 yaşında vəfat edib.

Diqqət Çəkənlər

“ChatGPT” yaddaşı pozur

Hərəkət niyə iflic olur?

Gəncə Cüdo Kuboku

Избранный
1
6
ulusum.az

7Источники