RU

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb.

İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

 

Избранный
19
10
azertag.az

10Источники