Aktyor Görkem Sevindik oğluyla birlikdə çəkildiyi fotonu sosial media hesabında paylaşıb.
NOCOMMENT.az xəbər verir ki, foto qısa zamanda izləyicilərin diqqətini çəkib.
Ən çox müzakirə olunan məqam isə onların bir-birinə hədsiz bənzərliyi olub.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə toplayıb və “tam atasıdır” kimi şərhlər yazılıb.
Görkem Sevindik 17 oktyabr 1986-cı ildə Adanada anadan olub. Müjdat Gezen İncəsənət Mərkəzində aktyorluq təhsili alıb. O, “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı “Pusat” obrazı ilə geniş kütlə tərəfindən tanınıb. Daha sonra “Söz”, “Ramo” və “Teşkilat” kimi məşhur layihələrdə rol alıb. “Eşref Rüya” serialında isə “Kadir” obrazını canlandırır. /Musavat.com
