Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.
Qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.
F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib. (Apa.az)