ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.
Mərkəzdən APA-ya verilən məlumata görə, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.