RU

Bayern Münhen 100 ə çatdı Bundesliqanın rekorduna az qaldı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bayern Münhen" ötən gün azarkeşlərini geri dönüşlə sevindirib. 

Fanat.Az xəbər verir ki, Bundesliqanın 28-ci turunda əfərdə "Frayburq"la qarşılaşan Vinsent Kompaninin komandası 0:2 uduzduğu matçdan sonda 3:2 hesabı ilə qalib ayrılıb. 

Bərabərlik və qələbə qollarına ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə imza atmağı bacaran Münhen nəhənginin cari çempionatda vurduğu qolların sayı 100-ə çatıb. "Opta"nın hesablamasına görə, "Bayern" bir mövsümdə vurulan qolların sayına görə Bundesliqanın rekorduna yaxınlaşıb. Bu rekord uzun müddətdir - 1971/1972 mövsümündən bəri davam edir. 101 qolluq həmin rekord da "Bayern Münhen"ə məxsusdur. Başqa sözlə, cəmi 2 qolla 52 mövsümlük rekord yenilənəcək. 

"Bayern" növbəti çempionat oyununu 11 apreldə səfərdə "Sankt-Pauli"yə qarşı keçirəcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
fanat.az

2Источники