RU

“Fədayə özü deyib ki, İÇİRƏM, mən içkili olduğunu görməmişdim”

Müğənni Afət Fərmanqızı həmkarı Fədayə Laçın barədə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Sənətçi sosial şəbəkədə yayılan və izləyicilər tərəfindən birmənalı qarşılanmayan görüntülərlə bağlı açıqlama verib. Afət bildirib ki, məsələ ətrafında yaranan tənqidlərə ehtiyac yoxdur:

"Öz hesabımda canlı açmışdım. Niyə biabır olub ki? İçib, içib də, yaxşı edib, sizə nə? Təbliğ etmirəm, sağlamlığa ziyandır, amma özü bilər. Yazırsınız ki, içki içib niyə canlı açırsan? Əvvəla, mən onun içkili olduğunu görməmişəm".

İfaçı əlavə edib ki, canlı yayımı açmaq üçün heç kimdən icazə almağa borclu deyil:

"Bu mənim canlımdır, kimdənsə icazə almalı deyiləm. Heç nəyi qəsdən etməmişəm. Fədayə özü də canlısında deyib ki, içir də, yeyir də. Görsəm də içir, yenə canlı açardım".

Afət Fərmanqızı həmkarını müdafiə edərək onun ünvanına səslənən tənqidlərə sərt reaksiya verib:

"Fədayəyə söz palçıq yapışmaz. O, kişi kimi xanımdır. Öz qarnına içir, özü bilər. Deyir ki, yaxşı edir, əlinin içindən gəlir. Onu da tanıyırsınız, səhifəsi və nömrəsi də var. Cəsarətiniz varsa, özünə deyin".

Qeyd edək ki, sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. /Milli.Az


Telegram kanalımız
Избранный
1
3
yenisabah.az

4Источники