“Borussiya Dortmund” və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp özünü heç vaxt fantastik mütəxəssis hesab etmədiyini etiraf edib.
Publika.az xəbər verir ki, Klopp bu barədə keçmiş biatlonçu Ule Eynar Borndalen ilə söhbətində detib:
“Məşqçi olanda özümü heç vaxt fantastik hesab etməmişəm. Heç vaxt belə olmamışam və bu, həqiqətdir. Hər gün çox işim olurdu, başımda çoxlu suallar olurdu və həmişə nə edəcəyimi bilmirdim. Bəs necə özümü fantastik məşqçi hesab edə bilərdim?