Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mərhum aktyor və döyüş ustası Çak Norrisin ailəsi sosial şəbəkələrdə yayılan süni intellektlə hazırlanmış foto və videolarla bağlı müraciət edib.
Axşam.az xəbər verir ki, bu barədə paylaşım aktyorun rəsmi instaqram səhifəsinin hekayə bölməsində yerləşdirilib.
Ailə üzvləri bildiriblər ki, aktyorun vəfatından sonra internetdə onun ölüm səbəbi, xəstəliyi və dəfn mərasimi ilə bağlı çoxsaylı saxta məlumatlar yayılıb. Xüsusilə süni intellekt vasitəsilə hazırlanmış videolarda guya məşhur aktyorların – Ceki Çan, Silvester Stallone, Arnold Şvartsnegger, Bryus Uillis və Mel Gibson tabut önündə olduğu iddia edilir.
Açıqlamada vurğulanıb ki, bu məlumatların heç biri həqiqəti əks etdirmir:
“Xahiş edirik, yalnız ailə və ya rəsmi nümayəndəmiz tərəfindən yayılan məlumatlara etibar edin və digər mənbələrdən gələn xəbərləri paylaşmayın".
Qeyd edək ki, Çak Norris 20 mart tarixində 86 yaşında vəfat edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.