Qısa müddət öncə LEGO şirkəti tərəfindən ərsəyə gətirilən reklam çarxından yəqin ki, xəbərdarsız.
Kriştiano Ronaldo, Lionel Messi, Kilian Mbappe və Vinisius Juniorun yer aldığı 1 dəqiqəlik reklam çarxı qısa müddət ərzində böyük populyarlıq qazanıb. Həm Messinin, həm də Ronaldonun ''instaqram'' səhifəsində reklamın baxış sayı 200 milyonu ötüb.
Bu arada reklamla bağlı maraqlı detallar məlum olub. Sən demə bu çarxda heç də ulduzlar özləri çəkilməyib. Onların əvəzinə dublyorları çəkilib. Montaj vasitəsilə sonradan futbolçuların simaları ora əlavə olunub!
Bununla belə 60 saniyəlik reklam LEGO şirkətinə 6 milyon avrodan baha qiymətə başa gəlib. Belə ki, futbolçuların obrazlarından istifadə olunduğuna görə LEGO Ronaldoya 3 milyon avro, Messiyə 2,25 milyon avro, Mbappeyə 700 min avro, Vinisiusa isə 300 min avro ödəyib!
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта