RU

Maldini İtaliya futboluna rəhbərlik edə bilər

style='margin-bottom:10px;'>

İtaliya millisinin və "Milan"ın canlı əfsanəsi Paolo Maldini yerli futbol federasiyasının prezidenti ola bilər.

QOL.az xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Bir neçə gün əvvəl İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazanmadığına görə Qabriel Qravine İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefe verib. Onu əvəzləməyə real namizəd kimi isə Maldini göstərilir.

Federasiya prezidentinin seçilməsi 22 iyun tarixinə planlaşdırılıb və namizədlərin səsvermədən 40 gün əvvəl rəsmi olaraq qeydiyyatdan keçirilməsi tələb olunur.

Qeyd edək ki, Maldini əvvəllər milli komandada çalışıb: 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktor vəzifələrində işləyib. O, bu vəzifəni 2023-cü ilin iyun ayında tərk edib.

Избранный
5
2
teleqraf.com

3Источники