RU

Nəriman ABŞ-da 2-ci oyununa çıxıb

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın “Kolambus Kryu” klubunun hücumçusu Nəriman Axundzadə MLS-də növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, 21 yaşlı forvard 6-cı turda “Atlanta Yunayted”ə qarşı səfər matçında iştirak edib.

Nəriman 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Bu nəticə “Kolambus Kryu” üçün cari mövsümdə ilk qələbə olub.

Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan transfer edilən Axundzadənin ABŞ klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi var.

Избранный
12
1
hafta.az

3Источники