Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.
Hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.
Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti dayandırılıb, yol bağlanıb.
Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.
Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir./qafqazinfo