RU

İrandan radiasiya təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin İranın nüvə və enerji obyektlərinə qarşı hücumlarının fəsadlarının yalnız İranda deyil, Fars körfəzi ölkələrində də həyati təhlükə yarada biləcəyini bildirib. Bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

Araqçi qeyd edib ki, ABŞ və İsrail Buşer Atom Elektrik Stansiyasına (AES) dörd dəfə hücum edib. O, Qərbin Ukraynadakı Zaporoje AES ətrafındakı hərbi əməliyyatlara reaksiyasını xatırladaraq, beynəlxalq ictimaiyyəti İranda baş verənlərə qarşı daha həssas olmağa çağırıb.

Araqçi həmçinin zərbələrin regional enerji və sənaye infrastrukturuna da ciddi təhlükə yaratdığını vurğulayıb.

Xatırladaq ki, 4 aprel tarixində Buşer AES-ə hücum zamanı stansiyanın bir əməkdaşı həyatını itirib, bəzi köməkçi binalara ziyan dəyib. Əsas reaktor blokuna ciddi zərər dəymədiyi açıqlanıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) hadisəni pisləyərək vurğulayıb ki, belə hücumlar nüvə obyektlərinin təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur.

Məhəmmədəli Həsənli
AzVision.az

Избранный
50
azvision.az

1Источники