BAKI, 5 aprel. TELEQRAF
ŞƏMKİR, 5 aprel. TELEQRAF
Şəmkirdə həmkəndlisini öldürməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutulub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılaraq istintaqa verilib.
Faktla bağlı araşdırmalar davam edir.