RU

ABŞ şirkəti Yaxın Şərqin peyk görüntülərinin yayımını tam dayandırdı

Amerika peyk görüntüləmə şirkəti olan Planet Labs ABŞ administrasiyasının tələbi ilə münaqişədən əziyyət çəkən Yaxın Şərq bölgəsinin yüksək dəqiqlikli şəkillərini artıq dərc etməyəcək.

Musavat.com xəbər verir ki, şirkət  ABŞ hökumətinin peyk görüntüləri təminatçılarından "şəkillərin dərcinə qeyri-müəyyən müddətə qadağa" qoymağı xahiş etdiyini və qərarının münaqişənin sonuna qədər qüvvədə qalacağını bildirib.

Müştərilərə göndərilən mesaja əsasən, peyk görüntüləri təcili, kritik tapşırıqlar üçün və ya ictimai maraqlar naminə təqdim edilə bilər.

Şirkət regional vəziyyətin pisləşməsi və düşmənlər tərəfindən istifadəsinin qarşısını almaq üçün 9 martda Yaxın Şərqin peyk görüntülərinə girişə məhdudiyyətlər qoyub. Şəkillər yalnız 14 günlük gecikmə ilə müştərilərə təqdim edilə bilər.

Qeyd edək ki, Planet Labs Kaliforniyanın San-Fransisko şəhərində yerləşən və 2010-cu ildə keçmiş NASA işçiləri tərəfindən təsis edilmiş özəl Amerika şirkətidir. Şirkət miniatür CubeSat peyklərini hazırlayır, istehsal edir və onları müxtəlif raket buraxılışlarında faydalı yük kimi orbitə çatdırır.

Dove adlı hər bir peyk güclü teleskop, kamera və Yer səthinin müxtəlif hissələrini görüntüləmək üçün proqram təminatı ilə təchiz olunub. 200-dən çox əməliyyat peykindən ibarət olan peyk bürcü, gündə bir dəfə 3,5 metrlik dəqiqliklə Yer səthinin tam görüntüsünü təqdim edir.

 

Musavat.com

Избранный
3
musavat.com

1Источники