Birləşmiş Ştatların xüsusi təyinatlıları cari həftədə İran ərazisi üzərində vurulmuş "F-15" qırıcısının ikinci heyət üzvünü tapıblar.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, hərbçilər ABŞ tarixindəki ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini keçiriblər. Dövlət başçısının sözlərinə görə, məhv edilmiş "F-15"in heyət üzvü cəbhə xəttinin arxasında, İran dağlarında olub.
"Mənim göstərişimlə ABŞ Silahlı Qüvvələri onu gətirmək üçün onlarla təyyarə göndərdi. O, yaralanıb, lakin hər şey yaxşı olacaq", - deyə Ağ Ev sahibi vurğulayıb.
Tramp əlavə edib ki, vurulmuş "F-15"-in digər pilotu bir gün əvvəl xilas edilmişdi. Prezidentin izah etdiyi kimi, ikinci heyət üzvünün xilas edilməsi əməliyyatını təhlükəyə atmamaq üçün bu məlumat indiyədək təsdiqlənmirdi.