RU

KİV: Çin şirkətləri ABŞ ordusu haqqında məlumatları Süni İntillektlə emal edib satır

BAKI, 5 aprel. TELEQRAF

Çin şirkətləri ABŞ Silahlı Qüvvələrinin hərəkətləri və silahlanması barədə məlumatları süni intellekt vasitəsilə emal edərək satışa təqdim etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, Çin özəl şirkətləri açıq mənbələrdən əldə olunan məlumatları süni intellekt texnologiyaları ilə birləşdirərək ABŞ ordusunun fəaliyyətini daha dəqiq izləyir və bu məlumatları kommersiya məqsədilə satır.

Nəşr bildirir ki, bu proses çərçivəsində şirkətlər Çin “Jilin” peyk qruplaşması kimi mənbələrdən çoxsaylı görüntülər əldə edir. "American Enterprise Institute" analitik mərkəzinin əməkdaşı Rayan Fedosyukun sözlərinə görə, bu şirkətlər müxtəlif məlumat toplayıcılarından geniş həcmdə material alaraq onları təhlil edir.

Qeyd olunur ki, bu fəaliyyət Yaxın Şərqdəki gərginlik fonunda daha da intensivləşib.

Избранный
32
47
teleqraf.com

10Источники