"Məni qəbul etməyən qurdlar var idi".
Publika.az xəbər verir ki, bu sözləri Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Vüqar Əbdülov deyib.
O, vaxtilə Namiq Qaraçuxurlu ilə birgə layihə həyata keçirmək istədiyini, lakin bunun baş tutmadığını bildirib:
"Vaxtilə Namiq Qaraçuxurlu ilə "Rəvayət" hələ ortaya çıxmamışdan əvvəl dəfələrlə danışırdım ki, gəl bunu birlikdə edək. Əfsuslar olsun ki, o da qanad açıb mələk kimi aradan çıxdı. Əslində, onu qınamıram. Sadəcə, belə şeylər gördüm".
Vüqar Əbdülov qeyd edib ki, bir müddət meyxanaçılar birliyinin yaradılması ilə bağlı təklif səsləndirilib: