RU

Təl-Əvivdə etiraz aksiyası: 17 nəfər saxlanılıb

BAKI, 5 aprel. TELEQRAF

İsrailin Təl-Əviv şəhərində keçirilən etiraz aksiyası zamanı 17 nəfər polis tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Məlumata görə, “Habima” meydanında keçirilən aksiyada iştirakçıların sayı məhkəmə tərəfindən müəyyən edilmiş 600 nəfərlik limiti aşıb.

Bunun nəticəsində polis nümayişə müdaxilə edərək aksiyanı dağıdıb və 17 iştirakçını saxlayıb.

Избранный
16
3
teleqraf.com

10Источники