RU

Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Məni qəbul etməyən qurdlar var idi".

Bu sözləri Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Vüqar Əbdülov deyib.

Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEO

O, vaxtilə Namiq Qaraçuxurlu ilə birgə layihə həyata keçirmək istədiyini, lakin bunun baş tutmadığını bildirib:

"Vaxtilə Namiq Qaraçuxurlu ilə "Rəvayət" hələ ortaya çıxmamışdan əvvəl dəfələrlə danışırdım ki, gəl bunu birlikdə edək. Əfsuslar olsun ki, o da qanad açıb mələk kimi aradan çıxdı. Əslində, onu qınamıram. Sadəcə, belə şeylər gördüm".

Vüqar Əbdülov qeyd edib ki, bir müddət meyxanaçılar birliyinin yaradılması ilə bağlı təklif səsləndirilib:

"Qorxmaz Əlili dedi ki, meyxanaçılar birliyi yaradaq. Sədri də Ağamirzə Məmmədov olsun. Ağamirzə Məmmədov isə "mən bir ərizə belə yaza bilmirəm, qol çəkə bilmirəm, savadım yoxdur. Ağsaqqal kimi ola bilərəm, amma gəlin Vüqarı sədr qoyaq" dedi".

Meyxana ustasının sözlərinə görə, bu təklifdən sonra narazılıqlar yaranıb:

"Orada bir anda etirazlar başladı, aləm bir-birinə dəydi. Guya mən harasa müdir gəlirəm, orada 50 min maaş alacağam. Amma yenə deyirəm, məni həzm etsən, mən də səni həzm edərəm. Ağasəlim də məni qəbul edib, Balaəli də, Vasif də. Amma qəbul etməyən qurdlar da var".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
50
oxu.az

10Источники