RU

İranın neft-kimya mərkəzinə zərbə – Video

İranda yerləşən mühüm sənaye obyektlərindən birinə endirilən zərbə nəticəsində itkilər olduğu bildirilir.

Musavat.com xəbər verir ki, Xuzistan əyalətinin Bəndər-İmam şəhərində yerləşən neft-kimya kompleksinə hücum nəticəsində azı 5 nəfər həlak olub, 170 nəfər isə yaralanıb.

Məlumata görə, zərbə regionun əsas sənaye və enerji infrastrukturlarından birinə ciddi təsir göstərib. Hadisə yerində xilasetmə və təxliyə işləri davam edir.

İsrailin baş naziri Benjamin Netanyahu isə hücumu təsdiqləyərək bildirib ki, bu əməliyyat İranın hərbi-sənaye potensialına qarşı planlı strategiyanın tərkib hissəsidir.

Onun sözlərinə görə, daha əvvəl İranın silah istehsalı üçün istifadə etdiyi metallurgiya sektorunun təxminən 70 faizi sıradan çıxarılıb. Netanyahunun açıqlamasında qeyd olunur ki, son hücum artıq neft-kimya sənayesini hədəf alıb:

“Onların silah istehsalı üçün istifadə etdiyi poladın böyük hissəsini məhv etdikdən sonra bu gün neft-kimya zavodlarını vurduq”.


Musavat.com

Избранный
25
30
musavat.com

10Источники