RU

Bakıda aeroport yolunda qəza olub - xəsarət alanlar var

Paytaxtın aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

“Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb.

Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb.

Избранный
9
50
azreform.info

10Источники