Bu gün MLS liqasında 6-cı tura start verilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ çempionatında 2-ci oyununa çıxa bilər.
Onun komandası “Kolambus Kru” “Atlanta Yunayted”in qonağı olacaq.
Matç Bakı vaxtı ilə bu gecə saat 03:30-da başlanacaq.
"Kolambus Kryu” 5 oyundan 2 xalla autsayderlər sırasında yer alıb. Onlar 15 komanda arasında 14-cü, onun bugünkü rəqibi isə 4 xalla 10-cu yeri tutur.