RU

Polis Təl-Əvivdə müharibə əleyhinə mitinqi dağıdıb

İsraildə müharibə əleyhdarları Təl-Əvivin mərkəzində mitinq keçirib.

Teleqraf xəbər verir ki, İsrail polisi müharibə qaydalarının pozulmasını əsas gətirərək izdihamı dağıdıb.

İsrail Polisinin mətbuat xidmətinin məlumatına görə, mitinq şəhər mərkəzindəki HaBima meydanında keçirilib. Polis əməkdaşları etirazçıların hərəkətlərinin Cəbhə Komandanlığının qaydalarına zidd sayıb. Mövcud qaydalara görə, raket hücumları təhlükəsi səbəbindən ölkədə 50 nəfərdən çox insanın toplaşması qadağandır.

Polis etirazçılardan dağılışmağı tələb etsə də, bəziləri buna əməl etməyib və toqquşmalar baş verib. Polis bildirib ki, asayişi pozduğuna görə ümumilikdə 10 nəfər həbs olunub.

Избранный
19
12
teleqraf.com

10Источники