RU

Oğuzda yol kənarları məişət tullantılarından təmizlənir

Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonu ərazisindən keçən magistral və avtomobil yollarının kənarlarında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.

Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Избранный
27
28
hafta.az

10Источники