RU

Rusiya Buşehr AES-dən 200-ə yaxın mütəxəssisini təxliyə edir

Rosatom İrandakı Buşehr Atom Elektrik Stansiyasından rusiyalı mütəxəssisləri təxliyə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib.

    Onun sözlərinə görə, ümumilikdə, 198 nəfər təxliyə ediləcək: "İşçilər avtobusla daşınır. Onların 2,5-3 gün ərzində demək olar ki, bütün ölkəni keçəcəyi, daha sonra isə İrəvan hava limanından Rusiyaya yola düşəcəyi gözlənilir".

    Lixaçev vurğulayıb ki, təxliyə nüvə elektrik stansiyasına hücumdan 20 dəqiqə sonra başlayıb.

    O qeyd edib ki, Buşehr Atom Elektrik Stansiyası ətrafında hadisələr arzuolunmaz proqnozlara uyğun olaraq inkişaf edir.

    Избранный
    6
    22
    bakivaxti.az

    10Источники