Bakı Metropoliteni ötən ay 18 269 887 sərnişinə xidmət göstərib.
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artım qeydə alınıb.
Ötən ay metroda 6 mart ən çox sərnişin (796 734 nəfər) daşınmış gün olub.
Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb.
21-22 mart tarixlərində “Sahil” stansiyası metronun ən işlək nöqtəsi olub və gündəlik ortalamadan 51% daha çox sərnişin qəbul edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта