Sosial şəbəkələrdə Nərimanov rayonunda bir-birinə həddən artıq yaxın tikilən binalar müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, binalar “Səbinə” MTK tərəfindən tikilib:
“Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir”.
Açıqlamada vurğulanıb ki, FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılıb.
