RU

Premyer Liqa mənsublarından yox cavabı alan rəhbər şəxsdən “tikanlı sözlər”

Klublar Komitəsi «Dinamo» ilə həmrəylik nümayiş etdirməkdən boyun qaçırıb. Komitənin iclasında II Liqa təmsilçisinin müraciəti müzakirəyə çıxarılsa da, gözlənilən addım atılmayıb. Premyer Liqa mənsublarının əksəriyyəti maddi-mənəvi dəstək istəyən «dinamoçular»ın çağırışına etinasız yanaşıb.
«Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov bu hadisənin üstündən şəxsi profilində «Bakı»ya aid foto paylaşıb.
Bu, birbaşa mesajdır.
“Dinamo”nun (Bakı) təkliflərinə etinasız və biganə yanaşan, Avropa Klublar Birliyinə can atan, bəzi Premyer Liqa komandalarına məlumat ücün. Rəhbərliyində təmsil olunduğum “Bakı” FK 2011-ci ildə Avropa Klublar Birliyi tərəfindən ən yaxşı infrastrukrura malik “Avropanın ən yaxşı klubu“ sertifikatıa layiq görülüb. İllər öncə bizlər Avropa Klublar Birliyində Azərbaycanı ləyaqətlə təmsil edərək, onlar səviyyəsində idman meyarlarına malik olduğumuzu nümayş etdirmişik. Siz bizlərin etdiyini 15 il keçməsinə baxmayaraq, heç nə ilə fərqlənmədiz“ - təcrübəli funksioner saytımıza açıqlamasında paylaşımını bu cür şərh edib.

SPORTİNFO.AZ

Избранный
37
50
sportinfo.az

10Источники