RU

Teo Franken: Avropada müdafiə xərclərinin azaldılması ilə NATO-nun özülünə “bomba qoyulub”

BAKI, 4 aprel. TELEQRAF

SSRİ dağıldıqdan sonra Avropa ölkələrinin müdafiə xərclərini azaltması alyans üçün ciddi risk yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken NATO-nun 77-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbi ittifaqlar üzv ölkələrin həmrəyliyindən asılıdır və güclü silahlı qüvvələr tələb edir, lakin Qərbi Avropa bu vəzifənin öhdəsindən gələ bilməyib.

Franken qeyd edib ki, SSRİ-nin süqutundan sonra “sülh dividendi” sürətlə xərclənib, müdafiə büdcələri azaldılıb və bununla da NATO-nun özülünə “bomba qoyulub”.

Nazir ABŞ Prezidenti Donald Trampın ölkəni alyansdan çıxarmaqla bağlı təhdidlərinə də toxunaraq vurğulayıb ki, 2023-cü ildə hazırkı dövlət katibi Marko Rubio tərəfindən irəli sürülən qanuna əsasən, belə qərar üçün Konqresdə üçdə iki səs lazımdır və respublikaçıların buna yetərli səsi yoxdur.

Bununla belə, Franken hesab edir ki, Tramp ABŞ-nin NATO-dan formal çıxışı olmadan da alyansı zəiflədə bilər. Onun fikrincə, Vaşinqton Avropadakı bazalarını bağlaya, qoşunlarını geri çəkə, kəşfiyyat məlumatlarının mübadiləsini və digər yardımları azalda bilər.

Nazir bildirib ki, bu addımlar NATO-nun Avropadakı hərbi hazırlığına ciddi zərbə vuracaq və Avropa ölkələri hazırda bu boşluğu təkbaşına doldurmağa hazır deyil.

Избранный
4
13
teleqraf.com

9Источники