Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv "Fortuna"nı qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli meydana 83-cü dəqiqədə buraxılıb.
Qeyd edək ki, hazırda 43 xalı olan "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
Toğrul