RU

Ərakçi: Biz İslamabada getməyi heç vaxt istisna etməmişik

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ mediasını ölkəsinin danışıqlarla bağlı mövqeyini təhrif etməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, nazir sosial media hesabında Pakistanın vasitəçilik təşəbbüsləri və mümkün diplomatik təmaslarla bağlı açıqlama verib. O, İranın əsas məqsədinin davamlı və sabit həllə nail olmaq olduğunu vurğulayıb.

Əraqçi bildirib ki, Pakistanın səylərini yüksək qiymətləndirirlər və İslamabada getməkdən heç vaxt imtina etməyiblər. Onun sözlərinə görə, İran üçün prioritet məsələ ölkəyə qarşı aparıldığını iddia etdiyi “qanunsuz müharibənin” qəti və davamlı şəkildə sona çatdırılmasıdır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
39
19
turkustan.az

10Источники