RU

Simonyan: Kreml bu addımı atarsa, İrəvan KTMT dən və AİB dən çıxacaq

ain.az, Olke.az saytına istinadən bildirir.

Əgər Rusiya belə bir qərar qəbul edərsə, Ermənistan öz qərarını verəcək və həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Ölkə.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əsasən Aİ üzvlüyü, qaz qiymətləri və digər məsələlərlə bağlı irəli sürülən ultimatumlara münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, amma düşünmürəm ki, bu, baş versin. “Çünki mən onu da bilirəm ki, bundan sonra ölkə liderləri arasında çox yaxşı, məhsuldar və səmərəli söhbət olub”, - o vurğualyıb.Simonyan bildirib ki, bu cür söhbətlər yeni bir şey deyil: “Məsələn, qaz və əmtəə qiymətləri ilə bağlı müzakirələr illərdir davam edir. Əgər belə bir qərar verilərsə, Ermənistan öz qərarını verəcək və həm KTMT-dən, həm də Aİİ-dən çıxacaq”. O əlavə edib ki,  Baş nazir hansı hissəni düzgün hesab etdiyini sizə deyəcək: “Amma  onu da etiraf edirəm ki, bu söhbət iki ölkə arasında keçirilən görüşlərdə tez-tez açıq şəkildə müzakirə olunmur. Bu cür söhbətlər artıq baş tutub və əgər hər hansı əlaqəli hərəkətlərin baş verəcəyi nöqtəyə çatsaq, mən və ya hökumət nümayəndəsi vəziyyətlə bağlı açıqlama verəcəyik", - o vurğulayıb.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
50
olke.az

10Источники