RU

İran polisləri helikopteri tapança ilə vurmağa çalışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ xüsusi təyinatlıları vurulan F-15E qırıcısının pilotlarını xilas etmək üçün İran ərazisinə daxil olublar.

Redaktor.az xəbər verir ki, axtarışlara PUA-larla bərabər C-130 təyyarəsi və "Black Hawk" helikopterləri cəlb olunub. 

Sosial şəbəkədə İran polisinin ABŞ helikopterlərinə tapançalarla atəş açmaları ilə bağlı görüntülər yayılıb. Onların bu addımı müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Qərb mediası pilotlardan birinin tapılaraq İrandan çıxarıldığını yazıb. 

SEPAH-ın sözügedən helikopterlərdən birini vurması barədə iddiası isə təkzib olunub. 

 

Избранный
17
23
redaktor.az

10Источники