RU

“Stratfor”dan İrəvana XƏBƏRDARLIQ – Moskva 7 iyundan sonra BUNA getsə...

Ermənistanda kritik parlament seçkilərinə təxminən iki ay qaldı. Ancaq artıq indidən bunu əminliklə söyləmək olar ki, Baş nazir Nikol Paşinyanın aprelin 1-də Moskvaya etdiyi səfər seçki təbliğat kampaniyasına sonadək öz təsirini göstərəcək.

Kremldə, kifayət qədər gərgin atmosferdə keçən Paşinyan-Putin görüşü əslində ən çox erməni cəmiyyətinə bir mesaj və yaxud siqnal idi. İlk növbədə o anlamda ki, qarşıdakı seçkilərdə bu xalq iki seçimdən birini etməlidir: ya Rusiyadan ucuz qaz da daxil, iqtisadi-energetik və vassal asılılığının davam etməsi və Kremlin erməni separatizminə davamlı dəstəyini (gələcək müharibəni) seçməlidir ya da o, Moskvanın təzyiqlərini göz önünə alıb qonşu Azərbaycan və Türkiyə ilə barışıq prosesinə, yəni, sülhə və dinc-yanaşı yaşamağa üstünlük verməlidir.

7 iyun tarixi yaxınlaşdıqca şəkk-şübhə yoxdur ki, bu dilemma yerli elektorat üçün bütün kəskinliyi ilə ortaya çıxacaq...

Energetikadan söz düşmüşkən, Moskva səfəri zamanı prezident Vladimir Putin 7 iyun parlament seçkiləri ilə bağlı Rusiyanın əsas gözləntiərini gizlətmədi. Kreml rəhbəri Paşinyana bunu da boşuna xatırlatmadı ki, Moskva mavi yanacağı İrəvana dünya bazarı qiymətinə - min kub metr üçün 600 dollara yox, cəmi 177 dollara satır – öz əhalisinə satdığı qiymətə.

Bu, əlbəttə ki, yalnızca Baş nazirin şəxsinə deyil, ümumən erməni toplumuna aydın siqnal və şantaj idi. Yəni ki, istənilən an qazın bahalaşması ilə Ermənistanda həyati əhəmiyyətli ərzaq məhsulları bahalaşa, kommunal xərclər arta bilər...

Bəs belə bir qiymət artımı seçkilərədək realdırmı?

Məsələ ondadır ki, Rusiyanın bu addımı erməni ictimai rəyində əks-effekt də yarada bilər. Çünki bahalaşmanın altını ən çox kasıb təbəqə çəkəcək. Yekun etibarilə Paşinyan daxildə artan narazılıqdan daha çox, Rusiya imic itkisi ilə üzləşə bilər.

İkinci tərədən, belə sürpriz qərar Azərbaycan və Türkiyənin Ermənistan üçün önəmini artırmış olar. Bakı isə daha ucuz qiymətə İrəvana qaz tədarük edə bilər (məsələn, maye qaz şəklində) ki, bu da yenə seçkilərdə Paşinyanın əlinə işləyəcək, Rusiyaya olan-qalan etimadı isə sarsıdacaq...

Bu arada ABŞ-nin “kölgə kəşfiyyatı” sayılan “Stratfor” “beyin mərkəzi” İrəvan-Moskva əlaqələrinin mümkün inkişaf vektorlarını analiz edib. Təhlilçilərə görə, Rusiya, ehtimal ki, parlament seçkilərinə qədər Ermənistanla münasibətlərin tam kəsilməsi prosesinə başlamayacaq, lakin 7 iyun səsverməsindən sonra İrəvan Moskva ilə aradakı məsafəni qorumağa davam edərsə, iqtisadi və ticarət xərclərini artırmağa hazırlaşmalıdır.

“Ən ehtimal olunan varianta Ermənistanla ticarətə daha sərt nəzarət, sanitar və fitosanitar tədbirlər (keyfiyyət) kimi “tənzimləyici” maneələr, həmçinin Ermənistanın enerji asılılığından (qazdan – red.) istifadə daxildir ki, bu da erməni ixracatçılarına və Rusiya bazarı ilə bağlı biznesə qeyri-mütənasib təsir göstərəcək”, - mərkəzin proqnozunda qeyd olunur.

“Stratfor” hesab edir ki, əgər Paşinyan təzədən mandat alarsa və Rusiyanın Ermənistandakı iqtisadi və strateji mövcudluğunu azaltmağa davam edərsə, Moskva, münasibətlərin assimmetriyasını nəzərə alaraq, bu rıçaqlardan istifadə edəcək. Başqa sözlə desək, Paşinyanı hakimiyyətdə saxlayan xalq Moskvanı qəzəbləndirməklə onun sürprizlərinə də hazır olmalıdır.

Söhbət həm də indiki Baş nazirə fiziki təzyiq üsullarından gedir...

Analitik xidmət,
Müsavat.com

Избранный
2
2
musavat.com

6Источники